Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur -

Ermənistanın Türkiyə ilə barışmaqdan başqa alternativi yoxdur - Paşinyan

Ermənistanın Baş naziri Nikol Paşinyan hesab edir ki, İrəvanın Ankara ilə barışmaqdan başqa alternativi yoxdur.

Report.az-ın Ermənistan mediasına istinadən verdiyi məlumata görə, Paşinyan bunu bu gün keçirdiyi mətbuat konfransında bildirib.

"Əgər Ermənistan Türkiyə ilə barışığa getməsə, hansı alternativlər var?", - Baş nazir deyib.

Paşinyan, həmçinin İrəvan-Ankara münasibətlərinin normallaşmasından narazı olan Ermənistan vətəndaşlarının nəyə ümid etdiklərini soruşub.

"Onlar demək istəyirlər ki, Türkiyə kimi bir ölkə ilə müharibə yolu ilə getməliyik? Biz ümumiyyətlə nə danışdığımızı başa düşürük?", - baş nazir soruşub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi