“Ermənistanın varlığı məsələsi həll olunur...”

“Ermənistanın varlığı məsələsi həll olunur...” - Paşinyan

Ermənistan Baş naziri Nikol Paşinyan deyib ki, bu gün Ermənistan hakimiyyəti masa üzərinə ölkənin gələcəyi ilə bağlı konkret layihə qoyur.

AzPolitika.info Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, hakim partiya üzvlərilə görüşən Paşinyan onları bu məsələdə fəal olmağa çağırıb: “Bu, çox mühüm mərhələdir və biz bir partiya olaraq çox fəal olmalıyıq”.

Onun sözlərinə görə, onlar Ermənistanın yaxın onilliklərdəki mövcudluğu məsələsini həll edirlər: “Və biz bu problemi həll edəcəyik”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər