Əsədə bağlı ordu Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı –Lavrovdan bəyanat

Əsədə bağlı ordu Afrinə girmək istədi, Türkiyə F-16-ları havaya qaldırdı –Lavrovdan bəyanat 

Bu gün Türkiyə Silahlı Qüvvələri Suriya ordusunun Afrin bölgəsinə daxil olmasına imkan verməyib.

 Türkiyə mətbuatı xəbər verir ki, tank, top və digər ağır silahlarla təmin edilmiş Suriya ordusu və Əsədə bağlı olan könüllü dəstələr Hələbdən Afrinə doğru yola çıxıblar: "Onlar Afrinin cənubundan bölgəyə girməyə çalışıblar. Lakin Türkiyə qırıcıları havalanaraq onlara mane olub.  Eyni zamanda, toplarla xəbərdarlıq atəşi açılıb. Bundan sonra Suriya rejiminə bağlı silahlı dəstələr  10 km məsafəyə qədər geri çəkilməyə məcbur olub".

Bu arada Rusiya xarici işlər naziri Lavrov bu hadisəyə reaksiya verib.

O, bu gərginliyin alovlanmaması üçün rəsmi Ankaranı Əsədlə masa arxasına oturmağa çağırıb: "Bu qarşıdurma ancaq danışıqlarla yoluna qoyula bilər".

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi