ƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB

ƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB - FOTOLAR

Ədliyyə Nazirliyi Penitensiar xidmətin Mühafizə alayında həqiqi hərbi xidmətə çağırılmış gənc əsgərlərin hərbi andiçmə mərasimi keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra Dövlət Bayrağı hərbi marş sədaları altında meydanın mərkəzinə gətirilib, gənc əsgərlər vətənə, xalqa və dövlətə sədaqət andı içiblər.

Gənc əsgərlər nizam-intizamlı olacaqlarını, xidmətdə uğur qazanacaqlarını, Vətənin müstəqilliyinin və torpaqlarımızın bütövlüyünün qorunması uğrunda Ali Baş Komandanın əmrinə hər zaman hazır olduqlarını bildiriblər.

Rəsmi hissədən sonra “28 May - Müstəqillik Günü” ilə bağlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, milli dövlətçilik ənənələrimizin bərpasından, müstəqillik tariximizdən danışılıb.

Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin qorunması üçün gördüyü qətiyyətli tədbirlərdən, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etməsindən, Azərbaycanın sürətli inkişaf yolundan, Ulu öndərin bu siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində İkinci Qarabağ müharibəsində qazanılan şanlı qələbədən, suverenliyimizin və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən bəhs edilib.

Daha sonra Ədliyyə naziri Fərid Əhmədovun və nazir müavini - Penitensiar xidmətin rəisi Mirsaleh Seyidovun təbrikləri şəxsi heyətə çatdırılıb.

Sonda şəxsi heyət üçün konsert proqramı və bayram süfrəsi təşkil olunub.

Faktinfo.az

ƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİBƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİBƏSGƏRLƏRİN ANDİÇMƏ MƏRASİMİ KEÇİRİLİB
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi