Ət idxalı biraz da artdı

Ət idxalı biraz da artdı 

Bu ilin yanvar-mart aylarında Azərbaycan 11 min 367 ton ət idxal edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu həcmdə ətin dəyəri 19 milyon 259 min ABŞ dolları olub.

Bu, həcm baxımından ötən ilin eyni dövrü ilə müqayisədə 2 min 206 ton (24%), dəyər baxımından isə 3 milyon 585 min ABŞ dolları (22,8%) çoxdur.

Hesabat dövründə ət idxalı Azərbaycanın ümumi idxalının 0,5%-ini təşkil edib.

Xatırladaq ki, I rübdə ölkədə diri çəkidə 138,3 min ton ət istehsal edilib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər