Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan”

Etibar Əliyev Əlisa Nicatı sərt tənqid etdi: - “Xalqı qoyun adlandıran ikinci nadan” 

Sabiq deputat Etibar Əliyev yazıçı və tərcüməçi Əlisa Nicatın Azərbaycan xalqı barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, Etibar Əliyev Əlisa Nicatın “Mənim xalqım Azərbaycan xalqı deyil, mənim xalqım Azərbaycan xalqının min nəfəridir” ifadəsini xatırladıb.

O, Nicatın fikirlərini kəskin şəkildə tənqid edərək yazıb:

“Bu, Jirinovskidən sonra xalqımızı qoyun adlandıran ikinci nadandır. Dünya tarixində öz xalqını belə həqarət edən yazıçı və filosofla rastlaşmısınızmı? Bunun cavabı niyə verilmir?”

Etibar Əliyev Azərbaycan xalqının torpaqların işğaldan azad olunması uğrunda verdiyi şəhidlərə də diqqət çəkib:

“Bu şir ürəkli xalq torpaqlarını işğaldan azad etmək üçün 30 mindən çox şəhid verib. Bir yaramaz və sarsaq qoca isə xalqı qoyun adlandırır. Peyğəmbərimizi aşağılayır…”

Sabiq deputat Əlisa Nicatın türk düşüncə xadimləri ilə bağlı fikirlərini də tənqid edib:

“Adam bütün türk düşüncə dühalarını açıq-aşkar təhqir edir”.

Qeyd edək ki, Etibar Əliyev avqustun 18-də də Əlisa Nicatla bağlı sərt fikirlər səsləndirib. O, Nicatın filosof adlandırılmasına etiraz edərək “Əlisa Nicat filosofdursa, onda mən kosmonavtam” ifadəsini işlədib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi