Evimdəyəm, mütaliə ilə məşğulam

Evimdəyəm, mütaliə ilə məşğulam -Nurlana Əliyeva

"Mənim heç bir günahım yoxdur, mənə rəsmi bildiriş göndərsinlər və gedim şahid qismində ifadəmi verim".

Bu sözləri Faktinfo.az saytına ölkədən qaçması ilə bağlı yayılmış xəbərlərə münasibət bildirən Bakı Slavyan Universitetinin keçmiş rektoru, YAP Qadınlar Şurasının sabiq sədri Nurlana Əliyeva bildirib.Sabiq rektor onu da qeyd edib ki,evindədir mütaliyə ilə məşğuldur.Haqqında yazılanlar da yalan məlumatlardır.


Qeyd edək ki, Nurlana Əliyevanın məhkəməyə məcbur gətirilməsi ilə bağlı qərar qəbul olunduğu,onun qərar müzakirə olunan vaxt ölkədən çıxdığına dair xəbərlər yayılıb.

Xatırladaq ki, Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam edir.Dürdanə Əliyevanın qanunsuz əməlləri törətməsi barədə çoxsaylı şikayətlər araşdırılıb. Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 32.4, 312.2 (rüşvət verməyə təhrik etmə), 311.1 (rüşvət alma) maddələri ilə cinayət işi başlanılıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi