Əvvəl atası, indi də oğlu

Əvvəl atası, indi də oğlu -Tovuzda dövlətin sosial qayğı siyasəti İNHİSAR ALTINDADIR

Əlil insanların problemləri bütün dünyada mövcuddur. Rəsmi məlumata görə, dünya əhalisinin təxminən 15%-i müxtəlif dərəcəli əlilliyə malikdir.

Azərbaycanda 600 mindən çox əlil insan var. Onların bir çoxu dövlət tərəfindən verilən sosial müavinətlər hesabına yaşayır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi statistikasına əsasən, onların yarıdan bir qədər çoxu əlilliyə görə pensiya, digər 183,2 min nəfər isə müavinət alır. Bundan əlavə, 63 min əlil uşaq daimi müavinətlə təmin olunub.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin «3 dekabr — Beynəlxalq əlilliyi olan şəxslər günü münasibəti ilə tədbirlərin keçirilməsi və sosial müdafiəyə daha çox ehtiyacı olan əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara birdəfəlik maddi yardımın verilməsi haqqında” müvafiq sərəncamı əsasında həyata keçirilir. Birdəfəlik maddi yardımlar Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələri tərəfindən, əlilliyi olan şəxslərin ictimai təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının iştirakı ilə sosial müdafiəyə daha çox ehtiyacı olan şəxslər müəyyən edilir və onların hər birinə növbəlilik qaydasında 30 manat məbləğində birdəfəlik maddi yardım verilir.

Ancaq bu yardımdan heç də bütün əlillər yararlana bilmirlər. Faktinfo.az xəbər verir ki,bu barədə Deryaz.az saytı məlumat yayıb. Sayt daha sonra yazır:

Çünki həmin növ yardımın kimə verilməsini DSMF şöbələrinin öz ixtiyarına buraxılıb ki, bu da ayrı-seçkiliyə yol açır.

Redaksiyamıza müraciət etmiş Samirə Murğuzova bildirir ki, iki əlil övlad anasıdır. 3 Dekabr Əlillər Günü ilə bağlı Prezident tərəfindən ayrılan 30 manat müavinət onlara yazılmadığı üçün gileylidir. Samirə xanım qeyd edir ki, Tovuz rayon Sosial Xidmətlər İdarəsinin işçisi Aybəniz xanım keçən ildən aralarında sözlü mübahisə düşdüyü üçün onunla prinsip aparır. Deyir ki, Aybənizə sənədlər təqdim etsə də, o, həmin sənədləri it-bata salaraq təhvil aldığını danır: “Hər il sənəd təqdim edirik. Aybəniz xanım yalandan deyir ki, mən işdə olmamışam, mənə sənəd verməmisiniz. Nazirliyin (ƏƏSMN-red.) “142” qaynar xəttinə də zəng vurmuşam, deyirlər bizlik deyil. Mənə bir telefon nömrəsi verdilər, ora da zəng edirəm, xətt daim məşğuldur”.

S.Murquzova Tovuz rayon Sosial Xidmətlər İdarəsinin rəisi Elvin Vəliyevin işçisi Aybənizin vətəndaşa qarşı qərəzli münasibətini araşdırmadığını, onların onun övladlarına etdikləri hörmətsizliyi, laqeyd münasibəti bağışlaya bilmədiyini qeyd edir.

Redaksiya olaraq başladığımız araşdırmanın ilkin addımı kimi qarşı tərəfin mövqeyini öyrənmək üçün Aybəniz xanıma zəng vurduq. Bildirdi ki, o, rəhbərliyin ona verdiyi təlimat üzrə işləyir. Söhbətin gedişində “konfrans zəng” xidməti ilə Samirə Murquzova ilə üçüncü xətt üzrə bağlantı qurduq. S.Murquzova bizə müraciətində qeyd etdiyi mövqeyin üstündə duraraq, qarşı tərəfə xatırlatdı ki, idarəyə gəlib, ərizə yazıb, sənədlər təqdim edib, lakin Aybəniz xanım onları rəsmiləşdirməyib (Tərəflərin dialoqunu əks etdirən səs yazısı təqdim olunur – red.).

Araşdırmamızın növbəti mərhələsində öyrəndik ki, Tovuz Regional Sosial Xidmətlər İdarəsinin rəisi Elvin Vəliyev Qazax Rayon İcra Hakimiyyəti başçısının Qazax şəhər inzibati ərazi vahidi üzrə nümayəndəsi, daha əvvəl Qazaxda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru işləmiş Akif Vəliyevin oğludur. Vəliyevlər Qazaxda strateji vəzifələri ələ keçirərək, ata-bala gəlirli rıçaqlardan öz şəxsi, ailə maraqları naminə geninə-boluna yararlanırlar.

Doğrudur, dövlətin bütün əlilliyi olan şəxslərə «Beynəlxalq Əlillər Günü” münasibətilə kompensasiya verməsi barədə qanun yoxdur. Bu qayda belədir ki, rayonlarda yaşıyanlar da daxil olmaqla əlilliyi olan şəxslər DSMF-yə müraciət etməklə aralarından 100- 150 nəfər seçməklə bu yardım verilir. Bunun kimlərə verilməsini isə DSMF özü müəyyən edir. Məsələn bu il verilən yardım gələn il eyni əlilliyi olan şəxslərə verilmir.

Ancaq gəlin razılaşaq ki, S.Murquzova kimi himayəsində iki əlil övladı olan şəxslər yardımın bu növündən hər il faydalanmalıdırlar.

Mövzuya qayıdacağıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər