Əyləncə mərkəzində 5 azərbaycanlı qadın saxlanıldı - TÜRKİYƏDƏ

Əyləncə mərkəzində 5 azərbaycanlı qadın saxlanıldı - TÜRKİYƏDƏ 

Türkiyənin Niğde şəhərində polislər əyləncə mərkəzində əməliyyat həyata keçirib.

Əməliyyat nəticəsində iş icazəsi olmayan 7 əcnəbi qadın saxlanılıb.

Saxlanılardan 5-i Azərbaycan, 1-i Özbəkistan, 1-i Qırğızıstan vətəndaşı olub.

Onlardan 1 ədəd ov tüfəngi, 1 ədəd tapança, 7 ədəd tapança gülləsi və xeyli sayda sursat aşkar edilib.

Əcnəbi qadınlar Rayon Miqrasiya İdarəsinə təhvil verilib və onların deportasiya ediləcəyi bildirilib. Open.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi