Əyyub Əyyubov adını Turizm Agentliyi direktorunun "siyahı"sına salıb

Əyyub Əyyubov adını Turizm Agentliyi direktorunun "siyahı"sına salıb -Onun işi nazir Ceyhun Bayramovu da artıq qane etmir

Mingəçevir Turizm Kollecinin direktoru Əyyub Əyyubovun da adı mətbuatda tez-tez çəkildiyindən Turizm Agentliyinin direktorunun "siyahı"sına düşüb.

Bu barədə məlumatı Aktualinfo.org yayıb.Saytın iddiasına görə,Kollec Turizm Agentliyinin tabeçiliyində olsa da təlim-tədris prosesinə  nəzarəti Təhsil Nazirliyi  həyata keçirir. Ona görə də, Əyyub Əyyubovun rəhbərlik etdiyi təhsil müəssisəsində baş alıb gedən özbaşınalıqlar, tələbələrin incidilməsi və digər neqativ hallar nazir Ceyhun Bayramovu artıq qane etmir.Saytın yazdığına görə, Əyyub Əyyubov bu təhsil müəssisəsini ailə şirkətinə çevirib.Belə ki,direktorun həyat yoldaşı Xanım Məmmədova uzun müddətdir ki, Mingəçevir Turizm Kollecində fənn birliyinin sədri işləyir. Buradakı karyerasına, həyat yoldaşı ilə birlikdə 2003-cü ildən başlayıb. 

Əyyub Əyyubov kollecdə islahatlar adı altında, rüşvətin mərkəzləşdirilmiş qaydada toplanması mexanizmini qurub və bu işi həyat yoldaşı Xanım Məmmədovaya tapşırıb. Kollecdə test komissiyası yaradılıb və imtahanlar güya test üsulu ilə götürülür. Kollecdə semestrin qiyməti tələbələrə 300 manata başa gəlir. Əgər tələbə digər fənlərdən imtahanları özü verib cəmi bir fəndən kəsilirsə bu ona daha  baha başa gəlir. 

Faktinfo.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi