FETÖ-çular Gülənin ölümünə hazırlaşır – Şok

FETÖ-çular Gülənin ölümünə hazırlaşır – Şok 

Finlandiyalı jurnalist Tom Kankkonen Fətullah Gülənin Pensilvaniyada qaldığı yerdən reportaj hazırlayıb.

Axar.az xəbər verir ki, bu barədə “Yeni akit” yazıb.

Kankkonenin sözlərinə görə, FETÖ liderinin malikanəsində təxminən 30 nəfər yaşayır. Bunların bir qismi tələbə, bir qismi isə Fətullah Gülənə xidmət edən şəxsdir. Ərazidə qonaqlar və tələbələr üçün ikimərtəbəli evlər tikilib. Bundan əlavə, ərazidə yerli hökumət orqanları məscid tikintisinə icazə vermədiyi üçün qübbələri binanın tavanına gizlədilmiş bir məscid də yaradılıb.

Hər an yaxalanmaq təhlükəsi ilə yaşayan Fətullah Gülən binalar arasında mütəmadi olaraq yer dəyişir. Daha əvvəl ərazinin kənarında böyük bir taxta evdə yaşayan FETÖ lideri hazırda başqa bir yerdə yatır. Çünki məsləhətçiləri yaşadığı evin təhlükəsiz olmadığını düşünür.

Səhhəti pisləşib

Xərçəng diaqnozu qoyulan Fətullah Gülən həm yaşı, həm də istifadə etdiyi dərmanlara görə çökmüş vəziyyətdədir. Təşkilatın rəhbərləri və üzvləri Gülənin ölümündən sonra nə edəcəkləri barədə müzakirələrə belə artıq başlayıblar. Gülən artıq əvvəlki kimi ziyarətçilərin qarşısına da çıxmır. Sadəcə cümə günləri ziyarətilərin gəldiyi məscidə gedir.

Finlandiyalı jurnalist məscidə hamıdan sonra gələn Gülənin büdrədiyini və müşayiət edən şəxslərin köməyi ilə yıxılmaqdan qurtulduğunu şəxsən gördüyünü qeyd edir. Fətullah Finlandiyadan gələn, demək olar ki, hər kəsin malikanədə qalmasına icazə verir. Bunu da təşkilatın qondarma qardaşlıq ruhunun bütün dünyada qəbul edilməsi ilə əlaqələndirir.

Üzlərini göstərmək istəmirlər

Tom Kankkonenin diqqətini çəkən bir digər məqam isə Gülənin adamlarının üzlərini gələn ziyarətçilərə göstərməmək üçün əllərindən gələni etmələri olub.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər