Fəzail Ağamalı parklanmada qiymət artımından şikayətləndi

Fəzail Ağamalı parklanmada qiymət artımından şikayətləndi 

"Bakıda müəyyən yerlərdə yeni tətbiq edilən Azparkinq sistemi çox mütərəqqi sistemdir.

Bu sistemdən istifadə edən bəzi kateqoriyalar güzəştli imkanlara malikdir. Məsələn, yaşadıqları binanın ətrafında avtomobillərini park edənlər ödənişlərdən azaddırlar. Bizə müraciətlər olur ki, mümkündürsə, bu güzəştlər digər kateqoriyadan olanlara da şamil edilsin”. 

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib. 

“Bilmirəm, bu, nə dərəcədə mümkündür. Amma vətəndaşlarımız 8 saat iş yerində olur. Ora gələndə avtomobillə gəlir, avtomobilini iş yerinin qarşısında saxlayır və onlara güzəşt yoxdur. Vətəndaş məcburdur avtomobil ilə iş yerinə gəlsin və 8 saat orda olsun. Əgər parklama yerində ödəniş bir saata görə 1 manatdırsa, gün ərzində ciddi məbləğ yaranır.

İkinci kateqoriyadan olan müraciətlər ali məktəblərlə bağlıdır. Ali məktəblərin müəllimləri iş yerinə avtomobillə gəlir. Eyni zamanda bəzi tələblər avtomobillə gəlirlər. Onlar da belə güzəştlərdən uzaqdır. Yaxşı olmazmı ki, güzəştli kateqoriyaya bu şəxslər də aid olsun?”, -deyə deputat bildirib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi