"Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır" -

"Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır" - BMTM sədri

Sentyabr hadisələrindən sonra Qərb ölkələri, xüsusən Fransa bizə münasibətdə ikili standartlarla yanaşır.

APA.az xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev BMTM-nin 2023-cü il üzrə fəaliyyətinə dair mətbuat konfransında deyib.

O bildirib ki, Fransa açıq-aşkar Azərbaycana qarşı diplomatik müharibə aparır:

“Fransa tərəfindən Azərbaycana qarşı BMT Təhlükəsizlik Şurasında 3 dəfə sənəd irəli sürülüb və uğursuz olub. Son dəfə iyul ayında irəli sürmüşdülər. Bu gərginliyi biz yaratmamışıq, onlar yaradıb. Burada təkcə erməni diasporu məsələsi deyil, başqa məsələlər, Türkiyə ilə münasibətlər də rol oynayır. Məndə olan məlumata görə bəzi fransız diplomatları bu siyasəti dəstəkləmirlər. Bu, Fransa siyasi rəhbərliyinin seçimidir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi