Fransanı Türkiyəyə qarşı “Total” təhrik edir?

Fransanı Türkiyəyə qarşı “Total” təhrik edir? 

Fransa böyük böhranla qarşı-qarşıyadır.

Bu barədə “Yeni şəfəq” nəşri məlumat yayıb.

Məlumata görə, Afrikada fəaliyyət göstərən Fransanın “Total” neft və qaz şirkəti COVİD-19 səbəbi ilə bir çox işini dayandırmağa başlayıb:

“Pandemiya ilə bərabər, neft bazarında baş verən dalğalanmalar və Afrikanın bəzi bölgələrində davam edən qarşıdurmalar şirkətin fəaliyyətinə mənfi təsir göstərdi. Şirkət bu səbəblərə görə Uqandadakı “Tilenqa” neft yatağındakı kəşfiyyat, hasilat və ötürülmə layihəsini 2022-ci ilə qədər, eyni zamanda, Anqolada ən böyük dəniz istehsal sahələrindəki layihələrini təxirə salıb”.

Bildirilir ki, “Total”ın aktiv olduğu Niger, Liviya və Çad kimi ölkələrdə də problemlər yaşanır:

“Urana olan ehtiyacını Nigerdən təmin edən Fransada elektrik enerjisinin 1/3-i bu ölkədən qaynaqlanır. Fransa bu ölkədən illik 115 min ton uran çıxarır. Nigerdə son vaxtlarda Çin və Türkiyə kimi ölkələrin aktivləşməsi Parisin bu ölkə üzərində təsirini azalda bilər. Həmçinin Liviyada baş verən son proseslər də “Total”ın bölgədəki fəaliyyətinə təsir göstərib”.

Qeyd edək ki, Fransa Türkiyənin Liviya siyasətinə qarşı kəskin mövqeyi ilə seçilir./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi