Füzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkib

Füzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkib 

Aksiyada, Füzuli rayon İcra Hakimiyyətin başçısı Alı Alıyev, İcra nümayəndələri və yüzlərlə rayon sakini könüllü olaraq iştirak edib.

Rayondan Faktinfo.az-a verilən məlumata görə,ağac əkilməsi tədbirində Füzuli Rayon İcra Hakimiyyəti başçısı Alı Alıyev qeyd edib ki, "Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində, bu gün dekabr ayın 6-sı səhər saatlarından Füzuli rayonu ərazisində müxtəlif növ meyvə tinglərinin əkilməsinə başlanılıb. Bayram əhval-ruhiyyəsində təşkil olunan bu genişmiqyaslı aksiya çərçivəsində qabaqcadan ağacların əkiləcəyi ərazilər müəyyənləşdirilib, həmin ərazilərdə şum aparılıb, çalalar qazılıb və sahələr gübrə verilərək əkinə hazırlanıb. Gün ərzində rayon ərazisində 5000 ağac tinginin əkilməsi nəzərdə tutulub. Bu təşəbbüs ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına böyük bir töhfədir. Bu gözəl təşəbbüsü irəli sürdüyünə görə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm." 

Daha sonra aksiya Füzuli Dövlət Dram Teatrın aktyorlarının çıxışları və musiqi sədaları altında davam edib.

Füzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkibFüzuli Rayon İcra Hakimiyyəti 5000 ağac əkib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi