Füzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilib

Füzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilib - FOTOLAR

Bildiyimiz kimi 13 sentyabr tarixində Azərbaycan-Ermənistan sərhəddində baş verən düşmən təxribatının qarşısının alınması hərbi toqquşma ilə nəticələndi.

Bu hərbi toqquşmalar zamanı şəhid olan hərbiçilərimizdən biri də Səbuhi Əhmədovdur.  Səbuhi Əhmədovun fərqli həyat hekayəsi, onun valideyin himayəsindən məhrum olması,  SOS uşaq kəndində böyüməsi və qəhrəmancasına şəhid olması onu hər kəsin doğmasına çevirdi. Şəhid Səbuhi Azərbaycan xalqının qəlbində əbədi məskən saldı və sonsuz məhəbbət qazandı.

Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunan Səbuhi bu dəfə də Azərbaycan dövlətinin və xalqımızın diqqət mərkəzindədir. Belə ki, şəhid Səbuhi Əhmədov xalqımız və dövlətimiz tərəfindən böyük ehtiramla qarşılanaraq II Fəxri xiyabanda dəfn edilmişdir.  Şəhidimizin yas mərasimləri isə böyük izdihamla davam etməkdədir.

Faktinfo.az xəbər verir ki, bu gün şəhid Səbuhi Əhmədovun 7 mərasimi Füzuli rayon İcra Hakimiyyəti tərəfindən Horadiz şəhər  Əhli-Beyt məscidinin mərasim zalında keçirilmişdir.Yas  məclisində Füzuli RİH- nin başçısı Alı Alıyev, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, müxtəlif idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.Məclisdə Səbuhi Əhmədovun, eləcə də bütün şəhidlərimizin ruhuna dualar oxunub, ehsanlarının qəbul, məkanlarının cənnət olması ALLAHDAN dilənib.


Füzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilibFüzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilibFüzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilibFüzuli rayonunda şəhid Səbuhi Əhmədovun yas mərasimi keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi