Füzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib

Füzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTOLAR

Prezident İlham Əliyevin 22 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilmişdir.

Bu Sərəncamın icrasını təmin etmək məqsədilə artıq Füzuli rayonunda “Heydər Əliyev İli” çərçicəsində tədbirlərə start verilmişdir.Bu gün Füzuli Rayon İcra Hakimiyyətinin və YAP Füzuli rayon təşkilatının birgə təşkilarçılığı ilə rayonda “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib. Rayon İcra Hakimiyyətinin binasında keçirilən tədbirdə RİH-nin və YAP Füzuli rayon təşkilatının əməkdaşları, eləcə də  rayon ziyalıları iştirak edib.

Faktinfo.az xəbər verir ki,tədbir başlamazdan əvvəl  Ulu Öndər Heydər Əliyevin, bütün şəhidlərimizin, eləcə də 20 yanvar qurbanlarının əziz xatirələri  bir dəqiqəlik sükutla yad edildi.Tədbiri giriş sözü ilə açan Füzuli RİHB-nin müavini, Sosial - iqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vüqar Teymurov  Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi, xalqımızı yaranmış təhlükələrdən qoruması, Azərbaycan həqiqətlərini dünyaya çatdırması barədə geniş məlumat verdi.Vüqar Teymurov 20 yanvar hadisələrinə ilk siyasi, hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən  verildiyini bir daha diqqətə çatdırdı.

Daha sonra çıxış edən YAP Füzuli rayon təşkilatının sədri Almaz Həşimova 20 yanvar hadisələri zamanı xalqımızın üzləşdiyi faciəli günlərdə Ulu Öndər Heydər Əliyevin öz həyatını  böyük təhlükə altına ataraq, keçmiş SSRİ rəhbərliyinə qətiyyətli mövre bildirməsindən, bu hadisələrin təkcə azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu sərt şəkildə çatdırmasından söz açdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılmış böyük Zəfərin məhz Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsi olduğunu diqqətə çatdıran Almaz Həşimova, xalqımızın qəlbində Ulu Öndər Heydər Əliyevə dərin ehtiram və məhəbbətin daim yaşayacağını bildirdi.

Tədbirdə çıxış edən digər ziyalılar da Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində müstəsna xidmətlərindən, Azərbaycanın müstəqilliyi, Azərbaycan xalqının firavanlığı naminə yorulmaz fəaliyyətindən söz açdılar.

 Faktinfo.az



Füzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilibFüzulidə “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər