Füzulidə güclü külək –Evlərin dam örtüyü dağılıb, ağaclar aşıb, təsərrüfatlara zərər dəyib

Füzulidə güclü külək –Evlərin dam örtüyü dağılıb, ağaclar aşıb, təsərrüfatlara zərər dəyib 

Güclü külək və yağış axşam saatlarında Füzuli rayonunda bir sıra fəsadlar törədib.

Külək rayonda xüsusən elektrik təsərrüfatına ciddi ziyan vurub.

Külək binaların dam örtüyünü dağıdıb, iri gövdəli ağacları aşırıb. Habelə rabitə xətlərinə də ziyan vurub.

Küləyin ardınca başlayan güclü yağış əsasən kənd təsərrüfatına ziyan vurub. Yağıntı biçilməmis taxıl zəmilərini yatırıb. Rayonun fövqəladə hallar komissiyası dəymiş ziyanla bağlı araşdırma aparır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi