Gəncədə bank növbəsi maraq doğurdu – Foto

Gəncədə bank növbəsi maraq doğurdu – Foto 

Gəncə şəhərində davam edən karantin dönəmində sakinlərin bank növbəsinə dayanması zamanı çəkilmiş bir foto sosial şəbəkədə maraqla qarşılanıb.

Sözügedən fotonu jurnalist Günay Arda paylaşıb. O, şəhər sakinlərinin ara məsafəsi qaydasına əməl etməsinə diqqət çəkib.

Qeyd edək ki, sosial şəbəkələrdə tez-tez karantin dönəmində xüsusən Bakıda və digər regionlarda bank növbələri zamanı ara məsafəsinin kobud şəkildə pozulduğunu əks etdirən görüntülər paylaşılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi