Gəncədə kollektivə yenicə uyğunlaşan rəis işdən çıxarıldı-

Gəncədə kollektivə yenicə uyğunlaşan rəis işdən çıxarıldı- Razılığın fonunda narazılıq yaranır

Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Bəxtiyar Haqverdiyev işdən çıxarılıb.

Bu ilin iyun ayında Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi təyin olunan Bəxtiyar Davud oğlu Haqverdiyev tutduğu vəzifədən azad edilib. Həmin vəzifəyə isə Nazim Məmməd oğlu Əhmədov təyin olunub.

N.Əhmədov bu təyinata qədər Gəncə şəhər Abbas Səhhət adına 1 nömrəli Xəstəxananın baş həkimi vəzifəsində çalışıb.

Faktinfo.az-a Gəncə şəhərindən verilən məlumata görə,Gəncə Şəhər İcra Hakimiyyətinə Niyazi Bayramovun təyin olunmasından sonra, aparılan kadr islahatları şəhər sakinləri tərəfindən razılıqla qarşılansa da ,digər kəsim təbəqə tərəfindən narazılıqla müşayət olunur.Hesab edilir ki, şəhər icra hakimiyyətindən,eləcə də digər təşkilatlardan işdən çıxarılanların arasında kifayət qədər təcürbəsi və savadı olan şəxslər var.Bu qəbildən olan şəxslərin işdən çıxarılması yolverilməz olmalıdır.

Qeyd edək ki, bir az əvvəl millət vəkili  Fazil  Mustafa da respubilkada aparılan kadr islahatları ilə bağlı həssaslığını ifadə edib,peşəkar kadırların işdən çıxarılmasının yolverilməz olduğunu bildirmişdi.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi