Gəncədən xəbər verərkən göz yaşlarını saxlaya bilmədi - Video

Gəncədən xəbər verərkən göz yaşlarını saxlaya bilmədi - Video 

Nüfuzlu media quruluşu CNN Türkün əməkdaşı Fulya Öztürk Ermənistanın Gəncədə törətdiyi terror aktının dəhşətlərindən danışıb.

Türkiyəli jurnalist baş verənlər barədə danışarkən göz yaşlarını saxlaya bilməyib. “Çox üzücü, bir körpə çıxdı. Cansız bədəninə toxundum. Qan içində idi. Hər yanı qan idi”, - deyə Fulya Öztürk bildirib.

Türk jurnalist daha sonra deyib ki, Azərbaycanın bir xanım əsgəri ilə danışıb.

“Məni təsirləndirən bir hadisə baş verdi. Bir qadın əsgər, Azərbaycan əsgəri göz yaşlarını saxlaya bilmədi. Qadın əsgər “siz hər şeyi görürüsünüz, körpə uşaqları görürsünüz. Bunların günahı nə idi?” dedi”, - deyə Fulya Öztürk əlavə edib.

Videoya bu linkdən keçid etməklə baxa bilərsiniz: 

https://www.hurriyet.com.tr/dunya/son-dakika-haberi-cnn-turk-muhabirinin-gencede-zor-anlari-cansiz-bedenine-dokundum-41638518


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi