Gənclər Fondu gənclər təşkilatı olmayan 4 QHT-yə 27 min verdi –

Gənclər Fondu gənclər təşkilatı olmayan 4 QHT-yə 27 min verdi – Qanun pozuntusu

Bu gün Azərbaycan Respublikasının Gənclər Fondu 12-ci qrant müsabiqəsinin nəticələrini açıqlayıb.

Fondun Müşahidə Şurasının qərarına əsasən yerli layihələr üzrə 99, beynəlxalq layihələr üzrə 6 layihənin dəstəklənməsi məqsədəuyğun hesab edilib. Ancaq Gənclər Fondunun Nizamnaməsinə zidd olaraq, gənclər təşkilatı olmayan 4 QHT-nin layihəsinə də maliyyə ayrılıb.

 Həmin QHT-lər aşağıdakılardır:- "İsmayıllı İntellektual Oyunlar Klubu" İctimai Birliyi – (Nəsiminin 650 illiyinə həsr olunmuş II Regionlar Kubok layihəsi- 5 min 900 manat) - "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi – ("Speak Out" Yay Natiqlik Məktəbi layihəsi- 9 min manat) - "Vətəndaş" Tədqiqat və İnkişaf İctimai Birliyi – (Regionda yaşayan gənc qızların forumu layihəsi- 5 min manat ) - "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi – ("Nəsimi" kreativ-innovativ aksiyalarının təşkili: real, İnternet, e-kitabxana, sosial şəbəkələrdə layihəsi- 7 min 300 manat).

 Qeyd edək ki, Nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Gənclər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında yaradılmış, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətin stimullaşdırılmasını təmin edən publik hüquqi şəxsdir. Fondun fəaliyyət istiqamətləri aşağıdakılardır:

- gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək;
- gənclər siyasəti sahəsində normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək;
- gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsi ilə bağlı innovativ ideyalarını dəstəkləmək;
- gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakını təmin etmək, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görmək. Beləlkilə, Nizamnaməyə əsasən, Gənclər

Fondunun fəaliyyət istiqamətinə uyğun olaraq gənclərin, gənclər təşkilatlarının, eləcə də gənclər siyasətinin həyata keçirilməsində iştirak edən dövlət və yerli özünüidarəetmə orqanlarının innovativ ideyalarını dəstəkləyə, bu layihələri maliyyələşdirə bilər.

Qeyd edək ki, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovdur. Fond  icraçı direktorunun Nizamnamə pozuntusuna yol verməklə, bir çox təşkilatları müsabiqədən kənarda qoymaqda marağının nə olduğunu yəqin ki, onun özü daha yaxşı bilir./Heftelik.az


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi