General gözlənilmədən zəhər içib özünü öldürdü: “Hökmü qəbul etmirəm”

General gözlənilmədən zəhər içib özünü öldürdü: “Hökmü qəbul etmirəm” 

Keçmiş Yuqoslaviya ordusunun müsəlmanlara qarşı həyata keçirdikləri soyqırım faktını araşdıran Beynəlxalq Cəza Məhkəməsində (Haaqa tribunalı) bu gün keçirilən prosesdə 20 il həbs cəzasına məhkum edilən xorvatiyalı general Slobodan Praljak hökm oxunarkən gözlənilmədən elə zaldaca zəhər içərək, həyatına son verib.

Faktinfo.az  xarici mətbuata istinadən xəbər verir ki,  hökm açıqlanarkən ayağa qalxan və "ittihamı və hökmü qəbul etmirəm" deyən xorvat general gözlənilmədən zəhəri başına çəkib. Bundan çaşqınlığa düşən məhkəmə heyəti prosesi dərhal dayandırıblar.

Xorvatiya dövlət televiziyası hadisədən bir neçə saat sonra açıqlama yayıb. Açıqlamaya görə, keçmiş general içdiyi zəhərin təsirindən ölüb.

Onun zəhəri necə əldə etməsi və ya zala necə keçirməsi isə hələ ki müəmma olaraq qalır.

Xatırladaq ki, keçmiş Yuqoslaviyanın daxilində çıxan etnik zəminlik savaşda işlədikləri cinayətlər səbəbi ilə bir çox serb hərbçilər kimi, xorvat hərbçiləri də cəzalandırılıblar. Xorvat generallar 2013-cü ildə ümumilikdə 111 il həbsə məhkum ediliblər. Onların arasında olan Slobodan Praljakla yanaşı, keçmiş "Herseq Bosna” birləşməsinin rəhbərliyində təmsil olunmuş sabiq dövlət başçısı Yadranko Prliçə 25 il və müdafiə naziri Bruno Stoyiçə də 20 il həbs cəzası verilib. Onların Bosniya və Herseqovinada 1990-cı illərdə baş verən müharibə zamanı insanlıq əleyhinə cinayətlərdə təqsirkar biliniblər. Prliç və silahdaşları müsəlmanların təqibində, qətllərində və deportasiyasında, həmçinin Osmanlı imperiyası zamanında inşa olunan Mostardakı qədim körpünün dağıdılmasında ittiham olunublar.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi