Goranboy “Doktor” ləqəbli narkotacir saxlanıldı –Təfərrüat + FOTO

Goranboy “Doktor” ləqəbli narkotacir saxlanıldı –Təfərrüat + FOTO 

Goranboy rayonunda “Doktor” ləqəbli narkotacir saxlanılıb.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan Strateq.az-a verilən məlumata görə, Goranboy rayon Polis şöbəsinin əməkdaşları tərəfindən rayon sakini, əvvəllər məhkum olunmuş 52 yaşlı Rauf Niftəliyev narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyi üçün saxlanılıb.

Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman əynindəki gödəkçənin iç cibindən qanunsuz yolla əldə edib saxladığı 4,4 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı R.Niftəliyev narkotik maddə istifadəçisi olduğunu etiraf edib.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub.

Qeyd edək ki, saxlanılan şəxs ləqəbinin “doktor” olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi