Goranboyda əməliyyat: sürücü heroinlə yaxalandı

Goranboyda əməliyyat: sürücü heroinlə yaxalandı 

Goranboy rayonunda polis narkotiklərlə mübarizə çərçivəsində əməliyyat keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Axar.az-a verilən məlumata görə, Goranboy rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini Anar Hüseynov idarə etdiyi VAZ 2107 markalı avtomobillə rayon ərazisində hərəkətdə olan zaman saxlanılaraq, polis şöbəsinə gətirilib. Onun üzərinə və avtomobilinə baxış keçirilən zaman 1,58 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Götürülən maddi sübut ekspertizaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi