Goranboyda spirtli içki içən şəxs görmə qabiliyyətini itirdi

Goranboyda spirtli içki içən şəxs görmə qabiliyyətini itirdi 

Goranboy rayonunda 42 yaşlı kişi spirtli içki qəbul etdikdən sonra görmə qabiliyyətini itirib.

Faktinfo.az Baku.vs-ə istinadla xəbər verir ki, 1979-cu il təvəllüdlü Rəşad Fazili adlı şəxs spirtli içki qəbul edib və bir neçə saat sonra onun gözlərində problem yaranıb və görmə qabiliyyətini itirib.

Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilən 42 yaşlı şəxsin müalicəsi davam edir.

Faktinfo.az onu da bildirir ki, saxta spirtli içkilər qəbul edən şəxslərdə görmə qabiliyyəti zəifləyir,mərkəzi sinir sistemi zədələnir,mədə aşılanır,mədəaltıvəz tədricən funksiyasını itirir, qaraciyərin serrozuna qədər insanın daxili orqanları sıradan çıxır.Həmçinin uzun müddətli saxta araq qəbul edən şəxslərdə düşünmə qabiliyyəti kiçilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi