Göyçayda 20 min manat pul tələb edilən direktor vəfat edib

Göyçayda 20 min manat pul tələb edilən direktor vəfat edib 

Göyçay rayonu 9 saylı məktəbin direktoru Akif Qəribovun intihar məqsədilə damarlarını doğraması ilə bağlı bəzi məqamlar məlum olub.

Faktinfo.az xəbər verir ki, hüquq müdafiəçisi Taleh Xasməmmədov Feysbuk səhifəsində paylaşdığı məlumatda bildirib ki, intihara cəhd edən direktordan 20 min manat pul tələb edilib. Tələb edilən pulu verməyəcəyi təqdirdə isə ərizə yazaraq işdən çıxarılacağı bildirilib.

Hüquq müdafiəçisinin sözlərinə görə, həmin gün Göyçay rayonunun Çayarxı kəndində də anoloji hal yaşanıb. Belə ki, həmin gün Çayarxı kənd ümumi məktəbinin direktoru Mübariz Şamilovdan da küllli miqdarda pul tələb edilib. 

Bu tələb 50 yaşlı direktorun infarkt keçirməsi ilə nəticələnib. Vəziyyəti pisləşən direktor müayinə üçün Bakıya gətirilib. Lakin Bakıda vəfat edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi