Günay Bankda 70 milyon manat əmanətçilərin cəmi 1 faizinə məxsus imiş -

Günay Bankda 70 milyon manat əmanətçilərin cəmi 1 faizinə məxsus imiş - ŞOK FAKTLAR

Xəbər verdiyimiz kimi, Mərkəzi Bank bu gün GünayBank ASC-nin lisenziyasını dayandırdığını açıqlayıb.

Bu addıma səbəb bankın məcmu kapitalının qanunvericilikdə nəzərdə tutulan 50 milyon manatlıq həddən aşağı olması, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

Maraqlıdır ki, GünayBankın 2023-cü ilin birinci rübünün sonuna açıqladığı maliyyə hesabatında məcmu kapitalının 67 milyon manat olduğu bildirilir. Bu isə o deməkdir ki, bank ictimaiyyətə yanlış məlumat ötürüb.

Faktinfo.az Musavat.com-a istinadla xəbər verir ki, bankda olan əmanətlərin böyük hissəsi sığortalanmayıb. Belə ki, son məlumatlara əsasən bankın depozit portfeli 108 milyon 566 min manat təşkil edib. Bunun 73 milyon 481 min manatı fiziki şəxslərin, 35 milyon 84 min manatı isə hüquqi şəxslərin olub. Əmanətlərin Sığortalanması Fondunun üzvü olan GünayBankdakı əmanətlərin cəmi 38,5 milyon manatı sığortalanıb. Bu isə 70 milyon manatlıq əmanətlərin sığortalanmadığı deməkdir.

Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, GünayBankın əmanətçilərinin 99,9 faizinin əmanəti sığortalanıb. Bu açıqlama göstərir ki, Bankdakı əmanətlərin 70 milyon manatı cəmi 1 faiz əmanətçiyə məxsus olub.

GünayBankın maliyyə qurumlarına 90 milyon manat borcu olduğunu, qanunvericiliyə əsasən ilk növbədə onların ödənəcəyini nəzərə alsaq, sığortalanmayan 70 milyon manatlıq əmanətin qaytarılması şansının çox cüzi olduğunu deyə bilərik.

Qeyd edək ki, GünayBankın səhmlərinin 58,22 faizi Mahmud Məmmədova, 41,15 faizi Yeganə Şirinovaya, 0,63 faizi Əhməd Mehribaniyə (Fransa) məxsusdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi