Gürcü çılpaq şəkildə pələngin qəfəsinə girdi və...

Gürcü çılpaq şəkildə pələngin qəfəsinə girdi və... 

Katoliklərin yeni il axşamı (24 dekabr) bir gürcü qanunsuz şəkildə İtaliyanın Reco di Kalabriya şəhərindəki sirkdə çılpaq formada pələngin qəfəsinə daxil olub.

Bu məlumatı Gürcüstanın “Birinci kanal”ı yayıb. Qəfəsə daxil olan gürcünün əlini pələng parçalayıb. Nəticədə o, huşsuz şəkildə xəstəxanaya çatdırılıb və əli amputasiya edilib. Bundan sonra özünə gələn gürcü xəstəxanadan qaçmağa cəhd etsə də, tibbi personal buna imkan verməyib və polisə məlumat verib.

İlkin məlumatlara görə, sirkdəki insident zamanı gürcü narkotikin təsirində olub.Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi