Gürcüstanda NATO təlimləri başladı – 24 ölkə iştirak edir

Gürcüstanda NATO təlimləri başladı – 24 ölkə iştirak edir 

Bu gün qonşu Gürcüstanda «NATO-Georgia Exercise 2019» komanda-qərargah təlimləri start götürüb.

 Təlimlərdə 24 NATO ölkəsinin və alyans həmkarlarının hərbçiləri iştirak edir.

Builki təlimlərdə Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Hollandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə, ABŞ və NATO-nun 4 həmkar ölkəsi – Azərbaycan, Finlandiya, Gürcüstan və İsveç iştirak edir.
Bildirilir ki, hərbçilər «böhranlı situasiyaya reaksiya zamanı qarşılıqlı fəaliyyətin məşq olunmasını» planlaşdırırlar.//Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi