Gürcüstanda son bir sutka ərzində koronavirusa 3 yoluxma halı qeydə alınıb

Gürcüstanda son bir sutka ərzində koronavirusa 3 yoluxma halı qeydə alınıb 

Bu barədə Gürcüstan hökumətinin koronavorusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1171 nəfərə çatıb.

Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6588 nəfər karantində saxlanılır, 323 nəfər isə stasionar şəraitdə müalicə olunur. Yoluxanlardan 947 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi