
Hakan Fİdan sui-qəsdə məruz qaldığını açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan sui-qəsdə məruz qaldığını açıqlayıb.
O, bunu "24 TV"yə müsahibəsində bildirib.
Diplomat deyib: "Mənə sui-qəsd edildi. Zəhərləndim, müalicə olundum. Davamlı sui-qəsdlərə məruz qalırıq. Bu, mübarizəmizin bir hissəsidir. Mənə ağır dozada arsen (mərgümüş) və civə verildi. Bu, testlərdə təsdiq olundu. Bunlar bizi yolumuzdan döndərə bilməz. Zatən biz vətənə xidmət etmək üçün varıq. Sizə mənəvi və fiziki sui-qəsdlər edəcəklər. Prezidentimizə bir neçə dəfə etmək istədilər. Biz də onun yolu ilə gedən biri olaraq bütün bunlara məruz qalacağımızı öncədən bilirdik. Bu işin qaydası budur”.
XİN rəhbəri “Bunu kimin etdiyi barədə məlumatınız varmı?” sualına belə cavab verib:
“Gəlin, o detallara varmayaq, bunlar kənarda baş verən məsələlərdir. Düşmən təkcə daxildə deyil, hər yerdə var”.
Sui-qəsd cəhdi H.Fidan Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri işlədiyi dövrdə olub./Teleqraf.com
Bu xəbər üçün şərh yazın