Hamilə qalmaq istəyən qadınları aldadan həkim, tutuldu - Qarınlarını bitkiylə şişirdirmiş

Hamilə qalmaq istəyən qadınları aldadan həkim, tutuldu - Qarınlarını bitkiylə şişirdirmiş 

Afrika ölkəsi olan Qvineyada saxta həkim saxlanılıb.

Faktinfo.az Medicina.az-a istinadən xəbər verir ki, onun saxlanılmasına səbəb hamilə olmayan qadınlara saxta bitki müalicəsi tətbiq edərək qarınlarının şişməsinə, özlərini guya hamiləymiş kimi hiss etməsinə səbəb olmasıdır.

Belə ki, Nna Fanta Camara adlı qadın hamilə olmayan qadınlara bitki qarışımları verərək onların qarnının şişməsinə səbəb olub. Yaşları 17 ilə 45 arasında dəyişən 700 qadının Camaranın "hamiləlik müalicəsi”ndən əziyyət çəkdiyi bildirilir.

Saxta müalicə üçün xəstələr qadına 33 dollar ödəyib. Bu isə sözügedən ölkə üçün çox yüksək məbləğdir. Yəni ölkədə orta aylıq gəlir 48 dollardır.

Polis saxta həkimin ayda minlərlə dollar qazandığını təxmin edir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi