Hansı qan qrupunda mədə xərçəngi olur?

Hansı qan qrupunda mədə xərçəngi olur? 

Qan qrupunun bəzi qrup xəstəliklərə təsiri artıq sübut olunub.

 Medicina.az xəbər verir ki, onkoloq Suna İsakova qan qrupunun xarakter və sağlamlığa təsiri barədə faktlar açıqlayıb.

“Bir çox tədqiqatlar II qrupun stressə daha davamlı olduğunu sübut edib. Təxmin edilir ki, I qrup ürək-damar xəstəliklərinə dözümlüdür, amma koronavirusu ağır keçirirlər.

II qrup insanlarında mədə xərçəngi riski yüksəkdir. II və III qruplarda şəkərli diabet daha çox yaranır. Amma təbii ki, bu qrupdan olan insanlar düzgün həyat tərzi keçirərsə, daha sağlam olarlar.

Yapon alimləri isə bildirib ki, ağır travma və yaralanmalarda sağ qalma şansı da qan qrupuna görə dəyişir.

I qan qrupu sahibləri ciddi travma və qəzalarda daha çox vəfat edir. Bunun səbəbi qan qatlığı ola bilər”, - onkoloq qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər