Havanın temperaturu 10 dərəcə düşəcək,qar yağacaq-

Havanın temperaturu 10 dərəcə düşəcək,qar yağacaq- Tarix açıqlandı

Yanvar ayının 17-də Bakıya qar yağacaq.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib. O, yanvarın 17-dən etibarən hava şəraitinin kəskin dəyişəcəyini bildirib:

“Ayın 17-si gecə saatlarından başlayaraq, əvvəlcə Naxçıvan Muxtar Respublikasında, dağlıq rayonlarda, Qarabağ, Qazax-Gəncə bölgəsində kəskin soyuq özünü göstərəcək. Ayın 17-də gün ərzində respublikanın əksər rayonlarında qar yağacaq. Xüsusilə dağlıq və dağətəyi rayonlarda, respublikanın cənub bölgəsində yağıntıların intensiv olması ehtimalı var. Havanın temperaturu ayın 17-də ötən günlə müqayisədə 10 dərəcəyə qədər enəcək. Bakıda və Abşeron yarımadasında bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq. Şimal küləyinin maksimal sürətinin saniyədə 28-33, bəzi ərazilərdə isə 35-38 metrə çatacağı proqnozlaşdırılır. Hava şəraitinin kəskin dəyişməsi ilə bağlı artıq dünəndən ölkə ərazisində bütün təşkilatlara xəbərdarlıq edilib.

Gözlənilən əlverişsiz hava şəraiti və qarla bağlı gecə saatlarında ölkə ərazisində yolların buz bağlama ehtimalı var. Bakıda və Abşeron yarımadasında havanın temperaturu müsbət olacaq. Bakıda gözlənilən yağıntılar sulu qar və qar şəklində olacaq. Xəzər dənizi akvatoriyasında şiddətli külək gözlənilir. Bu barədə bütün əlaqədar qurumlara, xüsusilə də dənizdə fəaliyyət göstərən əlaqədar təşkilatlara məlumat verilib.

Sabah daha dəqiqləşdirilmiş məlumatlar müvafiq qurumlara, icra hakimiyyətlərinə, eyni zamanda, mediaya təqim olunacaq”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi