Hazırda afterşoklar davam edir - AMEA

Hazırda afterşoklar davam edir - AMEA 

Hazırda afterşoklar davam edir. Nə qədər davam edəcəyi zəlzələ ocağının vəziyyətindən asılıdır. Şamaxıda qeydə alınan zəlzələlər orta güclü zəlzələlər olduğundan onlardan sonra afterşokların davam etməsi təbii haldır.

Bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) İnformasiya şöbəsinin müdiri Vüsalə Rafiqqızı deyib.

V.Rafiqqızı bildirib ki, hazırda RSXM-nin zəlzələlərin tədqiqatı bürosunun əməkdaşları tərəfindən proses izlənilməkdə davam edir.

Qeyd edək ki, noyabrın 20-də Şamaxı rayonunda maqnitudası 5.1 və 4.5 olan iki zəlzələ qeydə alınıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi