“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir - FOTOLAR

11 noyabr tarixində 9-cu Bakı Beynəlxalq Kitab sərgisi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərə həsr olunan qısa sənədli film nümayiş olunmuşdur. Konfransı giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açaraq hərkəsi salamlamış,  Ulu Öndərin milli-mənəvi dəyərlərimizin inkişafında, onun qorunmasında misilsiz xidmətlərindən danışmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanda Atatürk Mərkəzinin direktoru, professor Nizami Cəfərov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova, Milli Məclisin deputatı, professor Anar İsgəndərov, Milli Məclisin deputatı, professor Hikmət Məmmədov  çıxışlarında Beynəlxalq Kitab sərgisinin Azərbaycan kitabını ictimaiyyətə çatdırmasının əhəmiyyətini vurğulamışlar. Həmçinin konfrans çərçivəsində təqdimatı keçirilən “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının əhəmiyyəti vurğulanmış, tədqiqatçılar üçün ilham mənbəyi olacağı qeyd edilmişdir.  Biblioqrafiyanın bütövlükdə Azərbaycanda Heydər Əliyevşünaslığının bütün elmi əsərlərini özündə toplayan kitab olduğu vurğulanmışdır. Onun bütövlükdə Azərbaycanın biblioqrafiyası olduğu qeyd edilmişdir.

Faktinfo.az

“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir“Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda Elmi konfrans və “Heydər Əliyev - 100. Biblioqrafiya” kitabının təqdimat mərasimi keçirilmişdir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi