Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-

Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub- - FOTOLAR

Faktinfo.az xəbər verir ki,Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub. Nümayəndə heytətinin tərkibində olan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev, Əminə Ağazadə, incəsənət xadimləri, jurnalistlər və digərləri Həştərxanda Ulu Öndərin adını daşıyan xiyabana gələrək onun abidəsini ziyarət edib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri Sabir Hacıyev və Əminə Ağazadə öz növbəsində, səmimi qəbula görə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinə təşəkkürlərini bildirib. Qeyd edilib ki, Həştərxanda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş silsilə tədbirlərin keçirilməsi Azərbaycanda yüksək qiymətləndirilir və mehriban qonşuluq münasibətlərinin təzahürüdür. Nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin xatirəsini əziz tutduqları üçün həştərxanlılara təşəkkürünü bildirib.

 

Sonra Azərbaycan nümayəndə heyəti Həştərxan vilayətinə səfər çərçivəsində Heydər Əliyev adına 11 saylı orta ümumtəhsil məktəbini ziyarət edib. Nümayəndə heyətinin üzvləri, o cümlədən Milli Məclisin deputatları Sabir Hacıyev və Əminə Ağazadə Ulu Öndərin 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlərin mükafatlandırılması mərasiminə qatılıblar.





Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş tədbirlərdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyəti Həştərxanda səfərdə olub-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi