
Heydər Əliyevin xatirəsinə həsr olunmuş III minifutbol turniri:Ədliyyə Nazirliyinin komandası... - FOTO
Faktinfo.az xəbər verir ki,mayın 6-da Bakı Tennis Akademiyasında Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında III minifutbol turnirinin final mərhələsi keçirilib.
Final yarışında Ədliyyə Nazirliyinin komandası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş 3:0 hesabı ilə Ədliyyə Nazirliyinin komandasının qalibiyyəti ilə başa çatıb.
Xatırladaq ki, Ədliyyə Nazirliyinin komandası ötən il 52 komandanın qatıldığı analoji yarışda da finalın qalibi olub.
Möhtəşəm qələbə münasibətilə həmkarlarımızı ürəkdən təbrik edir, onlara daima birincilik arzulayırıq.








Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın