Hillari Klinton yenidən prezident seçkilərində iştirak etmək istəyir

Hillari Klinton yenidən prezident seçkilərində iştirak etmək istəyir –Sabiq dövlət katibi müzakirələrə başlayıb

ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə sabiq namizəd, keçmiş dövlət katibi Hillari Klinton qarşıdan gələn prezident seçkilərində iştirak etmək niyyətindədir.

Bu barədə CNN bildirib.

Qeyd edilir ki, keçmiş namizəd bununla bağlı fikirlərini ətrafındakı şəxslərə bildirib. Hillari Klinton qeyd edib ki, o, 2020-ci ildə keçiriləcək növbəti prezident seçkilərində iştirakına imkan olduğunu güman edir.

CNN müxbiri Ceff Zeleni adı açıqlanmayan üç müsahibə istinadən bildirib ki, Klintonun özü bu ideya üçün “qapıları bağlamadığı”nı deyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp da keçmiş dövlət katibi, son seçkilərdəki rəqibi Hillari Klintonla2020-ci il prezident seçkilərində yenidən üz-üzə gəlmək arzusundadır. (Report)

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi