
HİNDİSTAN AĞ BAYRAQ QALDIRDI - Pakistanın cavab zərbələri sarsıdıcı olub + VİDEO
Hindistan ordusu Kəşmirdə nəzarət xəttində yerləşən Çora kompleksində ağ bayraq qaldırıb.
"Samaa TV" bunu təsdiq edən görüntüləri yayıb.
Qeyd edək ki, bu barədə məlumatı ilk olaraq Pakistanın informasiya naziri Attaullah Tarar açıqlayıb.
“Daily Pakistan” qəzetinin təhlükəsizlik güclərindəki mənbələrə istinadən verdiyi məlumata görə, Pakistan Ordusunun nəzarət xətti boyunca düşmən postlarına ciddi zərbə vurması Hindistan ordusunun Çora kompleksi postunda ağ bayraq asmasına səbəb olub.
Mənbələr həmçinin, Azad Cammu və Kəşmirdə nəzarət xətti yaxınlığındakı əməliyyatlarda iştirak edən Hindistanın əsas taktiki quruluşu olan 12-ci piyada briqadası, 9-cu diviziya, 15-ci korpusun qərargahının Pakistan Ordusu tərəfindən məhv edildiyini təsdiqləyib.
Xatırladaq ki, Hindistan Hərbi Hava Qüvvələri Pakistanın mülki infrastrukturuna zərbələr endirib. Hücum nəticəsində azı 26 nəfərə şəhid olub, 46 nəfər yaralanıb./Azpolitika.info
Bu xəbər üçün şərh yazın