
Hindistan və Pakistan atəşkəs barədə razılığa gəldi
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistanın Vaşinqtonun vasitəçiliyi ilə tam atəşkəslə razılaşsıqlarını bildirib.
O, bu barədə özünün “Truth Social” sosial şəbəkə səhifəsində məlumat verib.
O, Hindistan və Pakistanın tam və dərhal atəşkəslə razılaşdığını elan etməkdən məmnun olduğunu və bunun “uzun gecələr davam edən danışıqlardan” sonra baş verdiyini bildirib.
Digər tərəfdən, Hindistan və Pakistan arasında atəşkəs barədə razılığı Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri də təsdiq edib.
Onun sözlərinə görə, iki ölkənin hərbçiləri arasında aparılan danışıqlardan sonra Hindistan vaxtı ilə saat 17:00-dan (Bakı vaxtı ilə 15:30) hər iki tərəfin quruda, havada və dənizdə bütün atışma və hərbi əməliyyatları dayandırması barədə razılıq əldə olunub.
Pakistan da öz növbəsində Hindistanla atəşkəs barədə məlumatı təsdiq edib. Bu barədə məluatı Pakistan Baş nazirinin müavini və xarici işlər naziri İshak Dar verib.
“Pakistan və Hindistan atəşkəs barədə razılığa gəliblər. Pakistan həmişə öz suverenliyi və ərazi bütövlüyünə xələl gətirmədən regionda sülh və təhlükəsizliyə çalışıb”, - deyə Dar sosial şəbəkə hesabında yazıb.
Bu xəbər üçün şərh yazın