Hündür mətəbəli binalardan satışa çıxarılan mənzillərin sayında artım müşahidə olunur

Hündür mətəbəli binalardan satışa çıxarılan mənzillərin sayında artım müşahidə olunur 

Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu və digər ərazilərində baş verən zəlzələ 1939-cu ildən bəri qeydə alınan ən güclü dağıntı və ölümlə nəticələn hadisə kimi tarixə düşüb.

Faktinfo.az saytı xəbər verir ki,artıq Azərbaycanda bu hadisədən kədərlənildiyi kimi,təşviş və narahatçılıq hissi  keçirənlər də var.Ölkəmizdə hündürmərtəbəli binalarda yaşayanların hamısı olmasa belə,xüsusilə həssas insanlar,müəyyən kəsm şəxslər  Bakıda da zəlzələ ola biləcəyi ehtimalını nəzərə alaraq həyət evlərinin qiyməti  ilə maraqlanmağa başlayıb.


Hətta hündürmərtəbəli binalarda yaşayan müəyyən şəxslər relitor xidməti ilə məşğul olan sahələrə müraciət edərək evlərini satışa çıxarırlar.Bu səbəbdən də son günlər hündür mətəbəli binalardan satışa çıxarılan mənzillərin sayında artım müşahidə olunur.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər