İçməli su bazarı: Saxta məhsullar “meydan sulayır” -

İçməli su bazarı: Saxta məhsullar “meydan sulayır” - "Əhali aldadılır, özbaşnalıq baş alıb gedir"

Məlumdur ki, müxtəlif su şirkətləri evlərə suyun satışını və çatdırılmasını təşkil edir. Lakin şikayətlər onu deməyə əsas verir ki, bu suların mətbəxdə krandan gələn sudan fərqi yoxdur. İstər dad, istərsə də təmizlik baxımından belədir.

Maraqlıdır, satılna suların keyfiyyətinə nəzarət varmı? Su satışı ilə məşğul olna şirkətlər suyu harada təmizləyir?

Cebhe.info-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, bu sahəyə nəzarətdə ciddi boşluqlar var:

"Su nə qədər şəffaf olsa da, bu sahədə heç bir şəffaflıq yoxdur. 5 il öncə mən su tərkibinin analizini keçirdim, 1 həftə ərzində 3 su şirkəti məni məhkəməyə verdi. Bu sahədə böyük problem yaşanır. Su Allahın möcüzəsidir, ancaq Allahın bu möcüzəsindən də sui-istifadə edib insanları aldadırlar. Azərbaycanda olan hər bir brend suyun saxta variantı da var. Bəzən o saxtakarlığı su istehsalçılarının özləri edir. Məsələn, mənim otağımda çeşmə suyu var, heç ağzı açılmayıb, amma içində qızılı rəngli maddələr üzür. Ölkədə 1 litri 40 qəpiyə və 8 AZN-ə sular satılır. Sual olunur, suyun içində nə var, nə dəyişilik var ki, bunun bu qədər qiymət fərqi var? Yəni, bu sahədə qeyri-peşəkarlıq, problemlər var. İnsan orqanizminin 70 faizi sudan təşkil olunub. Buna görə də xəstəliklərimizin 70 faizini suda axtarmalıyıq. Əhali aldadılır, heç kim də nəzarət etmir".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi