İcra Hakimiyyətinin şöbə müdiri İraqdakı referendumu dəstəklədi –Prokurorluq rəsmi araşdırmaya başladı

İcra Hakimiyyətinin şöbə müdiri İraqdakı referendumu dəstəklədi –Prokurorluq rəsmi araşdırmaya başladı 

"Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən müstəqillik referendumunu dəstəkləyən fotolar paylaşması məsələsi araşdırılır. Bu məsələ nəzarətdədir".

Hüquq-mühafizə orqanlarından APA-ya bildirilib ki, şöbə müdirinin əməlində qanun pozuntusu müəyyən ediləcəyi təqdirdə məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, Fizuli Tanirverdiyev özünün Facebook səhifəsində İraq Kürdüstanının müstəqilliyini dəstəklədiyini bildirib, Şimali İraq Kürd Muxtariyyətinin rəhbəri Məsud Bərzaninin fotolarını paylaşıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi