İdeal bədən çəkisinin hesablanması formulu

İdeal bədən çəkisinin hesablanması formulu 

Normal bədən çəkəsi sağlamlığın vacib əlamətlərindən biridir. Artıq çəki və piylənmə bir çox xəstəliklərin yaranma riskini artırır.

Faktinfo.az xəbər verir ki, bu xəstəliklər arasında: ürək-damar sistemi xəstəlikləri, şəkərli diabet, hətta bəzi xərçəng növləri və s.  Bu səbəbdən bədən çəkisini daim normada saxlamaq olduqca vacibdir.

Normal bədən çəkisinin hesablanması üçün çoxlu müxtəlif formullar mövcuddur. Sizə belə formullardan birini təqdim edirik. Bu müasir mütəxəssislər tərəfindən bir qədər təkmilləşdirilmiş məşhur Brokk formuludur.

Həm kişi, həm də qadınlar üçün ideal çəki eyni qaydada hesablanır:

(Boy (sm) - 110) x 1,15.

Məsələn, boyunuz 164 sm, olarsa sizin ideal çəkiniz belə hesablanır:

(164 -110) x 1,15 = 54 x 1,15 = 62,1 kq.

Şirvan Balabəyli

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi