IFFHS Messini Dünya Kubokunun ən yaxşı oyunçusu seçdi

IFFHS Messini Dünya Kubokunun ən yaxşı oyunçusu seçdi 

Argentina millisinin hücumçusu Lionel Messi Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) tərəfindən 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusu seçilib.
Bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Federasiyanın komissiyası bu qərarı yalnız statistik məlumatlara əsaslanaraq qəbul edir. IFFHS-ə görə, Lionel Messi 2026-cı il Dünya Kubokunun ən yaxşı oyunçusudur. Bu mükafat, federasiyamız tərəfindən turnirin ən görkəmli oyunçusuna verilən ən yüksək fərdi mükafatdır”, - mətbuat xidməti bildirib.

Qeyd edək ki, Messi turnirdə 8 oyun keçirib, 8 qol vurub və 4 məhsuldar ötürmə edib. Argentina finalda İspaniyaya əlavə vaxtda 1-0 hesabı ilə məğlub olaraq gümüş medal qazanıb.

Xatırladaq ki, 2026-cı il Dünya Kuboku 39 yaşlı Messinin iştirak etdiyi altıncı turnir olub. Bu turnirlər ərzində hücumçu 21 qol vurub və 11 məhsuldar ötürmə edib. Dünya Kuboku tarixində ən çox qol vuran futbolçular siyahısında onu yalnız fransız hücumçu Kilian Mbappe (22) qabaqlayır./Yeniavaz.com

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi