“İkinci "Qızıl alma" Azərbaycan səmasında uçacaq" -

“İkinci "Qızıl alma" Azərbaycan səmasında uçacaq" - Türkiyə səfiri

İkinci "Qızıl alma" Azərbaycan səmasında uçacaq".

Faktinfo.az Report.az-a istinadla  xəbər verir ki, bunu Azərbaycanın Türkiyədəki səfiri Cahit Bağçı "Aselsan" şirkətinin Azərbaycanda "Nəqliyyat vasitələrinin aşkarlanması və yüksək sürətli çəki ölçmə sistemi layihəsi"nin Əsas İdarəetmə Mərkəzinin açılış mərasimində çıxışı zamanı deyib.

O bildirib ki, Türkiyə yol mühəndəsliyi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır: “Bizdə Bayraktar var. O, bu gün Azərbaycan səmasında Azərbaycanın təhlükəsizliyi üçün uçur. Bizdə "Qızıl alma" var. "Qızıl alma"nın ikincisi Azərbaycan səmasında uçacaq. Türkiyə “Şuşa Bəyannaməsi” əsasında Azərbaycanla əməkdaşlığı genişləndirir”.

Səfir söyləyib ki, Türkiyə müxtəlif sahələrdə Azərbaycanın inkişafına töhfə verir.

Qeyd edək ki, “Qızıl Alma” pilotsuz uçuş aparatının (PUA) istehsalına 2020-ci ildən başlanılıb. PUA-nın ilk uçuşu 2022-ci ildə həyata keçirilib. "Qızıl alma”nın istehsalçısı "Baykar" şirkətidir.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi