İlqar Məmmədov Avropa Şurasına etiraz edib –Açıqlama

İlqar Məmmədov Avropa Şurasına etiraz edib –Açıqlama 

“Avropa İnsan Hüquqları Konvensiyası bir nəfəri siyasi motivli həbsdən qorumaq iqtidarında deyilsə, deməli, konvensiya, ümumiyyətlə, işlək deyil”Bu barədə ReAL Hərəkatının sədri İlqar Məmmədov vəkili ilə 2 saylı cəzaçəkmə müəssisəsində görüşündə deyib.

Sentyabrın 22-də saxlandığı 2 saylı cəzaçəkmə müəssisəsində İlqar Məmmədovla görüşən vəkil Cavad Cavadov onun ismarıcını öz “Facebook” səhifəsi vasitəsilə çatdırıb. Vəkil deyb ki, “hazırda o, Konvensiyanın yerinə yetirilməsinə xidmət edəcək yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”.

Bununla yanaşı, vəkil REAL liderinin “yerli siyasi səfərbərlik tədbirlərini fəal şəkildə nəzərdən keçirir”, deməklə nəyi nəzərdə tutduğuna aydınlıq gətirməyib. Avropa Şurası Nazirlər Komitəsi Avropa İnsan Hüquqları Məhkəməsinin qərarını icra etmədiyinə görə Azərbaycan hökumətinə xəbərdarlıq etmək barədə qərar qəbul edib.

REAL Hərəkatının lideri İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələr ilə əlaqədar həbs olunub. İ.Məmmədov asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, onu kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilərək 7 il azadlıqdan məhrum ediblər.

2014-cü ilin mayında AİHM qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi