İmran Xan parlament seçkilərində iştirak edəcək

İmran Xan parlament seçkilərində iştirak edəcək 

Pakistan hökumətinin keçmiş rəhbəri, müxalifətdəki Ədalət Uğrunda Hərəkat partiyasının lideri İmran Xan fevralın 8-də İslam Respublikası parlamentinə keçiriləcək seçkilərdə namizəd kimi iştirak edəcək.

Bu barədə Pakistanın “Dawn” qəzetinə həbsdə olan siyasətçinin vəkilləri məlumat verib.

Onun Pakistanın ən azı üç seçki dairəsində - İslamabad, Lahor və Mianvalidə iştirak edəcəyi bildirilir.

ƏUH 1996-cı ilin aprelində İmran Xan tərəfindən yaradılıb və o vaxtdan onun daimi rəhbəri olub.

Qeyd edək ki, Xan 2018-2022-ci illərdə Pakistan Nazirlər Kabinetinə rəhbərlik edib. Pakistan hökumətinin keçmiş başçısı 2022-ci il aprelin 10-da ona qarşı verilən etimadsızlıq səsverməsi nəticəsində vəzifəsindən kənarlaşdırılıb. Ötən ilin oktyabrında Seçki Komissiyası baş nazir kimi gəlirləri ilə bağlı maliyyə hesabatlarını “səhv” təqdim etdiyinə görə onu seçkidən kənarlaşdırıb və beş il müddətinə dövlət vəzifəsində işləmək hüququndan məhrum edib.

Xatırladaq ki, avqustun 5-də İslamabad Rayon Məhkəməsi İmran Xanı korrupsiyada təqsirli bilib və üç il müddətinə azadlıqdan məhrum edib. Xan həmçinin 100 min rupi (1,2 min dollar) məbləğində cərimə ödəməli olacaq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər